Bakıda liposaksiya əməliyyatı  etdirən qadın Sumqayıtda öldü
15 mart 2025 20:49 (UTC +04:00)

Bakıda liposaksiya əməliyyatı etdirən qadın Sumqayıtda öldü

Fevralın 27-də paytaxtda yerləşən özəl klinikalardan birində liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın bu gün ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıtda baş verib.

18-ci məhəllə sakini 1991-ci il təvəllüdlü Mirzəyevə Pərvanə Afiəddin qızının halı pisləşərək öz evində ölüb.

Mərhumun ailəsinin iddiasına görə, P. Mirzəyeva əməliyyat səbəbindən dünyasını dəyişib. 

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar