“TikTok”da xanımına mesaj yazıbmış - Bakıdakı davanın TƏFƏRRÜATLARI  - YENİLƏNİB
11 mart 2025 15:07 (UTC +04:00)

“TikTok”da xanımına mesaj yazıbmış - Bakıdakı davanın TƏFƏRRÜATLARI - YENİLƏNİB

Bakının Binəqədi rayonu ərazisində bir neçə nəfərin sürücünü döyməsinin bəzi təfərrüatı məlum olub.

Lent.az "Musavat.com"a istinadən xəbər verir ki, döyülən şəxs təqsirləndirilən şəxslərdən birinin xanımına sataşıb. Buna görə də aralarında mübahisə yaranıb. Mübahisə zamanı döyülən şəxs avtomobillə onunla söhbətə gələn şəxslərin avtomobilini vuraraq qaçıb.

Təqsirləndirilən şəxslər onun arxasınca düşərək tıxacda saxlaya biliblər. Aqressivləşən şəxslər sürücünü döyməyə başlayıb.

Məlumata görə döyülən şəxs “TikTok” istifadəçisi olub. Sosial şəbəkə vasitəsilə həmin şəxslərdən birinin xanımına mesaj yazıb.

Xatırladaq ki, hadisəyə görə 3 nəfər (Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov) məsuliyyətə cəlb edilib. Onlar barəsində məhkəmə qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, məsuliyyətə cəlb edilən şəxslər ticarətlə məşğul olan şəxslərdir, daha əvvəl cinayət məsuliyyətinə cəlb edilməyiblər.

***

saat 10:58

Bakıda kütləvi davanın iştirakçıları saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-az bildirib ki, “Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

Cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov,  Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

***

saat 10:35

Bakıda yolda dava olub. 

Lent.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Görüntülərdən belə məlum olur ki, bir qrup şəxs avtomobilə hücum edərək içərisindəki şəxsləri döyür. 

İlkin məlumata görə, hadisə yol üstündə baş verib. 

Daxili İşlər Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dava iştirakçıları polis tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri aparılır. 

Hadisə anının görüntülərini təqdim edirik: 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6366

Oxşar yazılar