Böyük Britaniyada polis beş ildir narkotik maddə aludəçisi olan və qızlara təcavüz edən çinli tələbəni saxlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, ilkin məlumatlara görə, təcavüzkarın 50-yə yaxın qurbanı var.
28 yaşlı Çin vətəndaşı martın 6-da həbs edilib.
Polisin əldə etdiyi görüntülərdə təcavüzə uğrayan bütün qadınlar huşsuz və ya deliriyalı olublar. Tələbə oğlan evdə həmin qadınların əşyalarını və onları yatızdırmaq üçün istifadə etdiyi dərmanı saxlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tələbənin cinayətləri 2019-cu ildən 2024-cü ilə qədər beş il ərzində törətdiyini güman edirlər.
Oğlan təhlükəsizlik qüvvələrinə bildirib ki, qızlar özləri cinsi əlaqəyə razılaşıblar. İndiyədək tələbə 11 cinsi zorakılıq və digər cinayətlərdə təqsirli bilinib.