Bakıda kişi qadını hədələyib pulunu aldı
02 fevral 2023 13:47 (UTC +04:00)

Bakıda kişi qadını hədələyib pulunu aldı

Bakıda qadının pulu hədə-qorxu ilə əlindən alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayonu ərazisində bir nəfərin Bakı şəhər sakini olan qadına hədə-qorxu gələrək 100 manatını və mobil telefonunu alması barədə polisə məlumat daxil olub.

Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini P.Bəşirov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır. 

# 1383
avatar

Oxşar yazılar