Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında intihara cəhd edən şəxsin kimliyi bilinib.
Lent.az-ın əldə etdiyi məlumata görə, onun 54 yaşlı Famil Əliyev olduğu müəyyənləşib.
***
Saat: 13:00
Bakıda intihara cəhd hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün paytaxtın Yasamal rayonu “Nizami” metrostansiyası yaxınlığında qeydə alınıb.
Naməlum kişi özünü yandıraraq intihara cəhd edib.
Dərhal əraziyə polis əməkdaşları cəlb olunub. Vətəndaşla aparılan profilaktiki söhbətlər nəticəsində intiharın qarşısı alınıb.
Qeyd edək ki, intihara cəhd hadisəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında baş verdiyi bildirilir.