Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində "Azad" və "Çinar"adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyi və karantin rejiminə əməl edilmədiyi aşkarlanıb.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, obyektlərin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı "Azad" kafesinin icarədarı Şərafət Hacıev və "Çinar" kafesinin sahibi Tural Mirzəyev saxlanılaraq 33-cü Polis Bölməsinə gətiriliblər. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar tərtib edilib.
Həmçinin hər iki kafedə olan ümumilikdə 26 nəfər müştəri barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.

Bakıda karantinə məhəl qoymayan kafelər aşkarlandı-FOTOLENT
Oxşar yazılar
Gəncədə AĞIR QƏZA: ölən var-FOTO
19 avqust 2025 , 01:12
Tərtərdə zəlzələ baş verdi
18 avqust 2025 , 20:59
Fransa qəyyumluğu valideynlərdən alınan azərbaycanlı uşaqları Almaniyaya qaytardı
18 avqust 2025 , 19:37
Rusiyada tanınmış azərbaycanlı iş adamı Yusif Xəlilov həbs edildi
18 avqust 2025 , 19:29
Göyçayda evdən meyit tapıldı
18 avqust 2025 , 19:05
Şəhidlər Xiyabanında qeyri-etik videolar çəkən turistlər həbs edildi - YENİLƏNİB
18 avqust 2025 , 17:55
Psixoloq Nilufər Abdullanın ölümü ilə bağlı araşdırmalara başlandı
18 avqust 2025 , 16:57