Bakıda "jiquli", "Prius" qatarla toqquşdu
16 aprel 2024 08:09 (UTC +04:00)

Bakıda "jiquli", "Prius" qatarla toqquşdu

Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Bildirilib ki, bu gün saat 00:28 radələrində ADY-yə məxsus yük qatarı Qala stansiyasında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 10-EK-522 olan “Jiquli” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib və qatara çırpılıb.

Toqquşma nəticəsində avtomobilin sürücüsü və 2 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdiriliblər.

Digər bir hadisə isə saat 04:50 radələrində Əmircan stansiyasında baş verib. Dövlət qeydiyyat nişanı 77-DV-564 olan "Toyota Prius" markalı avtomobilin (taksi) sürücüsü idarəetməni itirərək Əmircan stansiyasında yerləşən qorunan dəmiryol keçidinin şlaqbaumunun dayağına dəyərək hasara çırpılıb.

Hadisə nəticəsində sürücü xəsarət alıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.

Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar.

# 1485
avatar

Oxşar yazılar

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30
Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

2 may 2024 , 02:22
NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10
“Gənclik”də sərnişin qatar yoluna düşüb

“Gənclik”də sərnişin qatar yoluna düşüb

1 may 2024 , 22:46
Göyçayda gənc qız özünü asdı

Göyçayda gənc qız özünü asdı

1 may 2024 , 20:46
Polis iş yerində özünü öldürdü

Polis iş yerində özünü öldürdü

1 may 2024 , 19:37
Azyaşlı  binadan yıxılıb   öldü

Azyaşlı binadan yıxılıb öldü

1 may 2024 , 18:45
Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR  -VİDEO

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR -VİDEO

1 may 2024 , 16:50