Bakıda "Jiquli" iki piyadanı vurub öldürdü
28 sentyabr 2021 13:42 (UTC +04:00)

Bakıda "Jiquli" iki piyadanı vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə sentyabrın 27-də saat 20 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb. Abşeron rayon sakini A.Hüseynov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Adil Canatovu və Tərlan Şahpələngovu vurub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1935
avatar

Mehman Nəbiyev

Oxşar yazılar