Bakıda icra məmurunu döyən şəxsə cinayət işi açıldı - VİDEO  - RƏSMİ
10 iyun 2021 19:02 (UTC +04:00)

Bakıda icra məmurunu döyən şəxsə cinayət işi açıldı - VİDEO - RƏSMİ

İyunun 9-da ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinin Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Faiq Əkbərova zor tətbiq edilməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılıb. 

Binəqədi Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar mənzildə əmlakın siyahıya alınması zamanı borclu - Bəhruz Camalov icra məmuru Faiq Əkbərova qarşı zorakılıq hərəkətləri tətbiq edilib.

Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 288.3-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar həyat və ya sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edilməsi) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

***

14:46

Bakıda məhkəmə icra məmuru döyülüb.

Lent.az-ın məlumatına görə, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

O qeyd edib ki, Binəqədi rayonu üzrə icra məmuru Faiq Əkbərov icra məmurunun səlahiyyətləri çərçivəsində qanuni tələblər irəli sürərkən döyülüb.

A.Məmmədov icra məmurunun döyülmə anının videosunu da paylaşıb. 

Lent.az həmin videonu təqdim edir. 

Bakıda icra məmurunun döyülməsi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9942
avatar

Mehman Nəbiyev

Oxşar yazılar