Bakıda gənc oğlan  FACİƏLİ şəkildə öldü
17 avqust 2022 07:55 (UTC +04:00)

Bakıda gənc oğlan FACİƏLİ şəkildə öldü

Bakıda yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

20-25 yaşlı oğlan yolu keçərkən onu “Toyota” markalı avtomobil vurub.

Piyada hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda arşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3274

Oxşar yazılar