Bakıda evdən külli miqdarda xarici valyuta oğurlandı
29 noyabr 2022 12:56 (UTC +04:00)

Bakıda evdən külli miqdarda xarici valyuta oğurlandı

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Buradakı mənzillərin birindən 19.000 avro, 4950 funt sterling və 4800 ABŞ dollarının (təxminən ümumilikdə 44 min 700 manat) qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

# 1866
avatar

Oxşar yazılar