Bakıda dələduzluq edən 50 yaşlı qadın  tutuldu
08 iyun 2024 13:15 (UTC +04:00)

Bakıda dələduzluq edən 50 yaşlı qadın tutuldu

Bakıda və Sumqayıtda dələduzluq hadisələri olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 nəfər şəxsin ümumilikdə 1010 manat və 3400 avro pullarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən 50 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
  
Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfəri aldadıb hesabına 40 manat pul ödətdirməkdə şübhəli bilinən 20 yaşlı A.Eyvazlı müəyyən olunaraq saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Oxşar yazılar