Bakıda quldurluq anı
30 avqust 2021 15:46 (UTC +04:00)

Bakıda quldurluq anı

Bakıda DƏHŞƏT: Dayanacaqda qadının boğazından tutub... - VİDEO

Bakının Xəzər rayonu Binə qəsəbəsində avtobus dayanacağında qadına hücum edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir qadın Daxili İşlər Nazirliyinin “102" Xidməti Zəng Mərkəzinə məlumat verərək avqustun 27-də evdən çıxıb işə gedən zaman avtobus dayanacağında bir nəfər tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib. Zərərçəkən həmin şəxsin onun boğaz nahiyyəsindən tutub müxtəlif bədən xəsarətləri yetirərək əl çantasını almaq istədiyini, bu zaman çantanın içərisində olan pul kisəsinin yerə düşməsindən istifadə edərək onu götürüb hadisə yerindən yayındığını bildirib. Qadın pul kisəsinin içində 60 manat, övladlarına aid şəxsiyyət vəsiqələrinin və əmək haqqı kartının olduğunu bildirib.

Qeyd edək ki, həmin şəxsin qadına hücum etməsi ərazidə olan müşahidə kameraları vasitə ilə də qeydə alınıb.

Məlumat daxil olan kimi Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Teymur Mirzəyev saxlanılıb. O, ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Teymur Mirzəyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb zəruri istintaq tədbirləri davam etdirilir. Teymur Mirzəyevin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına və ya Xəzər rayon Polis İdartəsinin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

Bakıda dayanacaqda qadın hücum olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4503
avatar

Mehman Nəbiyev

Oxşar yazılar