Bakıda daha bir nəfər dənizdə batdı
25 iyul 2023 10:37 (UTC +04:00)

Bakıda daha bir nəfər dənizdə batdı

Bakıda daha bir nəfər dənizdə batıb. 

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 200 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1489

Oxşar yazılar