Bakıda çoxmərtəbəli bina yandı, sakinlər təxliyə edildi - FOTO
24 may 2024 02:01 (UTC +04:00)

Bakıda çoxmərtəbəli bina yandı, sakinlər təxliyə edildi - FOTO

Bakının Nərimanov rayonunda yanğın baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsi 12 ünvanında qeydı alınıb.

Belə ki, doqquzmərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən mənzilin mətbəxi və dəhlizi yanmağa başlayıb.

Alov yuxarıda yerləşən mənzilin eyvan qapısına da keçib.

Əraziyə cəlb olunan FHN-in əməkdaşları alovun qarşısını alıb. Evdə olan yanar konstruksiyalar küçəyə atılıb. Bina sakini bildirib ki, yuxarı mənzildə yaşayan şəxs siqareti eyvana atıb. Bir müddət sonra yanğın başlayıb. Yanan mənzildə yaşayan ailə kirayə yaşayırmış. Hadisə zamanı 10 nəfər təxliyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706
avatar

Oxşar yazılar