Bakıda bu yollarda tıxac var - SİYAHI
14 iyun 2022 08:53 (UTC +04:00)

Bakıda bu yollarda tıxac var - SİYAHI

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarə Mərkəzi paytaxt yollarında sıxlıq olan küçə və prospektlərin siyahısını açıqlayıb.

Mərkəzdən Lent.az-a verilən xəbərə görə, sıxlıq olan küçə və prospektlər aşağıdakılardır:

1.  Bakı-Sumqayıt şossesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

2.  Moskva prospektində -  Beynəlxalq Avtovağzalın qarşısından 20 yanvar dairəsinə qədər əsas və kənar yol sıxlıq 

3.  Binəqədi şossesində - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq 

4.  Ziya Bünyadov prospektində - Böyükşor gölünün yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq 

5.  Yusif Səfərov küçəsində, Heydər Əliyev Mərkəzinin qarşısında- tunelə girişdən Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq 

6.  Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər kənar və əsas yolda sıxlıq 

7.  Koroğlu Rəhimov küçəsində, Ak.Həsən Əliyev küçəsi istiqamətində nisbətən sıxlıq müşahidə olunur.

# 2106
avatar

Oxşar yazılar