Bakıda bir evi 59 nəfərə satdılar - 2.4 milyonluq dələduzluq
12 iyun 2024 11:15 (UTC +04:00)

Bakıda bir evi 59 nəfərə satdılar - 2.4 milyonluq dələduzluq

Azərbaycanda eyni mənzilləri müxtəlif şəxslərə satmaqda təqsirləndirilən vəzifəli şəxslər barədə cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, çoxsaylı vətəndaş narazılığına səbəb olan “FAM-88” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

İstintaqla “FAM-88” MMC-nin təsisçisi Hüseynov Fəxrəddin Balaxan oğlunun həmin cəmiyyətin direktoru Tağıyev Rafiq Nərçə oğlu ilə əlbir olaraq MMC tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri saxta müqavilə və maliyyə arayışları tərtib edib təkrarən satmaqla 59 şəxsə məxsus ümumilikdə 2 milyon 400 min manatdan artıq pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq dövründə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.

Toplanmış sübutlar əsasında Fəxrəddin Hüseynov və Rafiq Tağıyevə Cinayət Məcəlləsinin 178.4 (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706
avatar

Oxşar yazılar

Bakı 53 yaşlı kişi ÖZÜNÜ ÖLDÜRDÜ

Bakı 53 yaşlı kişi ÖZÜNÜ ÖLDÜRDÜ

2 iyul 2024 , 19:03
Özünü 12-ci mərtəbədən atdı:  Bakıda qara paltarlı qadının müəmmalı intiharı - YENİLƏNİB

Özünü 12-ci mərtəbədən atdı: Bakıda qara paltarlı qadının müəmmalı intiharı - YENİLƏNİB

2 iyul 2024 , 18:45
"Moon Kids"  uşaq bağçasının direktoru saxlanıldı

"Moon Kids" uşaq bağçasının direktoru saxlanıldı

2 iyul 2024 , 16:22
Bakıda KÜTLƏVİ DAVA:  bıçağı qarnına sancdı

Bakıda KÜTLƏVİ DAVA: bıçağı qarnına sancdı

2 iyul 2024 , 15:49
Tibb Universitetinin professoru VƏFAT ETDİ

Tibb Universitetinin professoru VƏFAT ETDİ

2 iyul 2024 , 15:43
Bakıda həbsxanada DAHA BİR ÖLÜM

Bakıda həbsxanada DAHA BİR ÖLÜM

2 iyul 2024 , 14:02
Bakıda 27 nəfəri gün vurdu

Bakıda 27 nəfəri gün vurdu

2 iyul 2024 , 11:48
Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

Zaqatalalı gənc Rusiyada göldə batdı - VİDEO

2 iyul 2024 , 10:42