Bakıda avtomobil qatarla toqquşub.
Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.
Minik avtomobili qatar yoluna çıxıb və toqquşma nəticəsində sərnişin 70 yaşlı Məmmədova Rüstəmxanım Baba qızı xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlərin gördükləri tədbirlərə baxmayaraq, qadın orada ölüb.
Araşdırma aparılır.