Bakıda avtobus "KaMAZ"a çırpıldı, ölən var  - YENİLƏNİB
22 sentyabr 2023 09:57 (UTC +04:00)

Bakıda avtobus "KaMAZ"a çırpıldı, ölən var - YENİLƏNİB

Bakıda qadının yol qəzası nəticəsində öldüyü məlum olub.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. Ələsgərov Qubat Ələsgər oğlunun idarə etdiyi "Korsan" markalı sərnişin avtobusu "KaMAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə sərnişin Əliyeva Adikə İsa qızı aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

***
21.09.2023

Saat: 19:22

Bakı qadın xəstəxanada ölüb.

Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. 57 yaşlı Əliyeva Adikə İsa qızı rayon ərazisində hərəkət edən sərnişin avtobusunda qəfil halı pisləşib. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilsə də, burada ölüb.

Faktla bağlı araşdırma aparılır.

# 4644
avatar

Mehman Nəbiyev

Oxşar yazılar