Bakıda ana iki azyaşlı qızı ilə birgə özünü  binadan atdı   - FOTO
19 iyul 2022 02:02 (UTC +04:00)

Bakıda ana iki azyaşlı qızı ilə birgə özünü binadan atdı - FOTO

Bakının Yasamal rayonunda intihar qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Yasamalda yaşayış binalarından birində baş verib.

Belə ki, 28-ci binada 1997-ci il təvəllüdlü Abbasova Aytən Maarif qızı övladları 2018-ci il təvəllüdlü Abbasova Sofiya Suslan qızı və 2019-cu il təvəllüdlü Abbasova Sara Suslan qızı ilə birgə binanın beşinci mərtəbəsindən özünü atıb.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və onun 4 yaşlı övladı ağır xəsarətlərlə 1 nömrəli xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Abbasovanın həyat yoldaşı Rusiyada yaşayır. Aytən övladları ilə birgə qaynanası ilə kirayədə yaşayırmış.

Nurlan Əli

# 9435
avatar

Oxşar yazılar