Bakıda AĞIR QƏZA  minik maşını avtobusla toqquşdu, iki nəfər öldü
25 sentyabr 2023 09:42 (UTC +04:00)

Bakıda AĞIR QƏZA minik maşını avtobusla toqquşdu, iki nəfər öldü

Bakıda minik avtomobili xətt avtobusu ilə toqquşub.

Bakıda minik avtomobili avtobusla toqquşub, iki nəfər ölüb.

Lent.az xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” Şadlıq sarayının qarşısında üzü Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan, Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Zığ qəsəbəsindən üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan Səfərov Orxan Adil oğlunun idarə etdiyi “187” nömrəli xətt avtobusunun toqquşub.

Nəticədə "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, avtobus sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4956

Oxşar yazılar