Bakıda 4 nəfəri  avtomobil vurdu
28 may 2022 02:48 (UTC +04:00)

Bakıda 4 nəfəri avtomobil vurdu

Bakının Nəsimi, Nizami, Suraxanı və Sabunçu rayonlarında yol-nəqliyyatı hadisələri qeydə alınıb.

Lent.az xəbər verir ki, yol qəzaları piyadaların vurulması ilə nəticələnib.

Belə ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində piyada üçün müəyyən edilməyən hissədən keçən 1988-ci il təvəllüdlü Xanəliyev Elşad Mehmet oğlunu avtomovil vurub.

"Suraxanı bazarı"nın yaxınlığında isə 1963-cü il təvəllüdlü Yusif Cavadovu maşın vuraraq ağır vəziyyətə salıb.

Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında piyada üçün müəyyən edilməyən hissədən keçən 1979-cu il təvəllüdlü Namiq Hüseynovuda avtomobil vurub.

Nəsimi rayonu, Azadlıq prospektində piyada keçidindən keçən 1996-ci il təvəllüdlü Qədimov İxtiyar Alxas oğlunu isə sərnişin avtobusu vuraraq ona ağır xəsarət yetirib.

Yaralılar 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Nurlan Əli
 

# 1833
avatar

Oxşar yazılar