Bakıda 2 nəfərə 20 minlik dələduzluq  edən tutuldu
19 sentyabr 2024 17:49 (UTC +04:00)

Bakıda 2 nəfərə 20 minlik dələduzluq edən tutuldu

Bakıda 2 nəfərə qarşı külli miqdarda dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs 2 nəfəri aldadaraq, ümumilikdə hesabına 20.000 manat ödətdirib.

Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisədə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 38 yaşlı E.Qəhrəmanlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Oxşar yazılar