Bakıda 1 evi 5 nəfərə satdılar - Yarım milyonluq DƏLƏDUZLUQ
15 iyul 2024 14:45 (UTC +04:00)

Bakıda 1 evi 5 nəfərə satdılar - Yarım milyonluq DƏLƏDUZLUQ

Eyni mənzili başqa şəxslərə satmaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Star-M” və “ŞANS” mənzil tikinti kooperativinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaqla “Star-M”, “ŞANS” və "ZAMİQ" MTK-nın faktiki rəhbəri olmuş Məhərrəmov Məhərrəm Həsənqulu oğlunun sözügedən kooperativlər tərəfindən Bakı şəhərində inşa olunmuş yüksək mərtəbəli yaşayış binalarında mənzil almaq üçün müraciət etmiş vətəndaşlara qanuni sahibləri olan mənzilləri və qeyri-yaşayış sahəsini saxta müqavilə və maliyyə arayışları tərtib edib satmaqla 5 şəxsə məxsus ümumilikdə 485 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Məhərrəm Məhərrəmova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib,  habelə başqa cinayət işi üzrə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin olması nəzərə alınıb.

İstintaq dövründə vurulmuş maddi ziyanın bir hissəsinin zərər çəkmiş şəxslərə ödənilməsi təmin edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq iş baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Oxşar yazılar