Bakı sakininin qızılları əlindən alındı
19 mart 2022 11:03 (UTC +04:00)

Bakı sakininin qızılları əlindən alındı

Bakı sakinində zor tətbiq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə martın 18-də Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfərin Bakı şəhər sakini M.Orucova zor tətbiq edərək ondan qızıl-zinət əşyaları alması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Məmmədov müəyyən edilərək saxlanılıb.

Suraxanı RPİ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1476
avatar

Oxşar yazılar