Cabir İmanov  vəfat etdi   -  YENİLƏNİB
29 sentyabr 2025 15:00 (UTC +04:00)

Cabir İmanov vəfat etdi - YENİLƏNİB

3

Bu gün aktyor Cabir İmanov vəfat edib.

Lent.az-ın sorğusuna TƏBİB-dən bildirilib ki, sentyabrın 29-d saat 13:38-də Səbail rayonu Üzeyir Hacıbəyli küçəsi ərazisindən əməkdar artist Cabir İmanovun (1976-cı il təvəllüdlü) səhhətinin pisləşməsi (yıxılma) səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Saat 13:50-də briqada tərəfindən Əməkdar artistin həkiməqədər ölüm faktı qeydə alınıb.

***

14:24

Aktyor Cabir İmanov vəfat edib.

Lent.az xəbər verir ki, o bu gün infarkt keçirərək dünyasını dəyişib.

Cabir İmanov 1976-cı il iyunun 22-də Bakı şəhərində anadan olub. O, 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub, 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay Kubokunun sahibi və 2000-ci ildə KVN "Əsrin Çempionu" olub.

2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.

2015-ci il sentyabrın 14-də Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci il oktyabrın 16-da Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, Cabir İmanovun ölümü ilə bağlı ilk xəbəri qafqazinfo verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 2255

Oxşar yazılar