Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA:  Ölənlər var
30 sentyabr 2022 21:00 (UTC +04:00)

Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA: Ölənlər var

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Ələt qəsəbəsində baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Bakı-Qazax magistralının 57-ci kilometrliyində yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər yaralanıb.


 

# 5220
avatar

Oxşar yazılar