Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin hansı stadionda öldüyü məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 18 radələrində AMEA-nin yerləşdiyi binanın həyətində "AZFAR Group"a məxsus stadionların birində qeydə alınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hacıyev Siyavuş Həbib oğlu futbol oynayarkən ürəktutmadan vəfat edib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
***
saat 23:40
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyev vəfat edib.
Lent.az xəbər verir ki, S. Hacıyev bu gün Bakıdakı meydançaların birində futbol oynayarkən səhhəti anidən pisləşib.
Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, ürək tutmasından vəfat edib.
Xatırladaq ki, S.Hacıyev 1961-ci ildə anadan olub. O, uzun müddət hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini hakim kimi davam etdirib. 2018-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub.