Azyaşlının cinsiyyət orqanını kəsən qadına CİNAYƏT İŞİ AÇILDI
21 aprel 2021 13:14 (UTC +04:00)

Azyaşlının cinsiyyət orqanını kəsən qadına CİNAYƏT İŞİ AÇILDI

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurasının qərarı ilə aparıcı Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişi 1 günlük bağlanıb və ATV cərimələnib.

Lent.az-ın məlumatına görə, iddia olunur ki, buna səbəb Bərdə rayonunda bir neçə gün öncə 10 yaşlı uşağın cinsi orqanını kəsən 40 yaşlı Aidə Əzizovanın çıxışı olub.

Bu hadisənin baş verməsi və qadının efirə çıxaraq törətdiyi cinayəti rahatlıqla danışa bilməsi ona niyə cəza verilməməsi, məsuliyyətə cəlb olunmaması suallarını yaradıb.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən  DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, artıq cinayət işi açılıb:

“Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir. İstintaq yekunlaşdıqdan sonra iş materialları məhkəməyə göndəriləcək”.

Bəs, hadisəni törədən şəxsə hansı cəza düşür?

Hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında bildirib ki, hadisə əgər bədən üzvün itirilməsi ilə müşayiət olubsa ağır xəsarət hesab edilir.

“Belə olan halda əməl qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməlidir. Çünki  yuxarda dediyimiz kimi bədən üzvün itirilməsi ilə müşayiət olunursa. Təqsirkar üçün zərərçəkən uşaq olduğuna görə aşkar surətdə köməksiz vəziyyətdə olan hesab edilir. Özünü müdafiə imkanı yoxdur. Bunla bağlı məhkəmə tibbi elspertizası təyin edilib və ekspert xəsarətin dərcəsini müəyyən edəcək. Əgər ağır xəsarət təsdiqlənirsə, bundan sonra cinayət məcəlləsinin 126-cı maddəsi ilə 6 ildən 11 ilə  qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 23238
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar