Azyaşlı su arxında boğuldu
23 noyabr 2022 21:21 (UTC +04:00)

Azyaşlı su arxında boğuldu

Ağdaş rayon sakini su arxında boğularaq ölüb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, bugün saat 16 radələrində Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Polis, prokurorluq və FHN əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
 

# 2313
avatar

Oxşar yazılar