"Azərsu" əməkdaşını BIÇAQLADILAR
18 fevral 2022 15:20 (UTC +04:00)

"Azərsu" əməkdaşını BIÇAQLADILAR

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına hücum olub.

Lent.az-a ASC-dən verilən xəbərə görə, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş yaşayış massivi ev 6 b mənzil 10 ünvanında olan abonentin içməli su təchizatı xidmətlərindən istifadəyə görə 170 manat borcu yaranıb.

Yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib. “Sudan istifadə qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. “Abşeron Sukanal” İdarəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq borc ödənilmədiyi üçün su təchizatının dayandırılacağını bildiriblər. Bu zaman həmin mənzildə yaşayan Ələkbər Ələkbərov adlı şəxs Abşeron Sukanal İdarəsinin əməkdaşı Vəfadar Güliyevin üstünə hücum çəkərək ona bıçaqla xəsarət yetirib.

“Azərsu”nun digər əməkdaşına qarşı fiziki təzyiqi Abşeron rayonu, Nübar qəsəbə sakini Müzəffər Mahmudov törədib. 210 manat borc olan abonentə dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymayıb ödənişdən imtina edib. Növbəti dəfə Abşeron Sukanal İdarəsinin əməkdaşları yenidən həmin ünvanda olub. İdarənin əməkdaşı Elbrus Allahverdiyev abonentin borcunun ödənilməsinin vacibliyini bildirdikdə abonent Müzəffər Mahmudovun qəfil zərbəsinə tuş gəlib. Baş nahiyəsindən zərbə alan E.Allahverdiyevin dişi sınaraq ciddi xəsarət alıb.

Baş vermiş hadisələr nəticəsində zərərçəkənlərə tibbi yardım göstərilib və tibbi ekspertizaya göndərilib. Hər iki  faktın araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə müraciət olunub. 

“Azərsu” vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki,  göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə “Azərsu” hüquq-mühafizə orqanlarına müraciət edəcək. 

Abonentlərin diqqətinə çatdırılır ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə  hissə-hissə ödəyə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3533

Oxşar yazılar

Güclü külək paytaxtda fəsadlar törətdi-FOTO

Güclü külək paytaxtda fəsadlar törətdi-FOTO

9 aprel 2025 , 02:19
Ərini baltalayan  üç uşaq anası azadlığa buraxıldı

Ərini baltalayan üç uşaq anası azadlığa buraxıldı

8 aprel 2025 , 23:15
Anar Abdulla cinayət məsuliyyətinə  cəlb olundu

Anar Abdulla cinayət məsuliyyətinə cəlb olundu

8 aprel 2025 , 22:54
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

8 aprel 2025 , 19:29
Edamlar son 10 ilin  ən yüksək səviyyəsinə   çatıb

Edamlar son 10 ilin ən yüksək səviyyəsinə çatıb

8 aprel 2025 , 19:01
Kamran Əliyev Xanlar Vəliyevi yola saldı - YENİLƏNİB

Kamran Əliyev Xanlar Vəliyevi yola saldı - YENİLƏNİB

8 aprel 2025 , 18:36
Gəncədə 2 nəfərin meyiti  tapıldı - YENİLƏNİB

Gəncədə 2 nəfərin meyiti tapıldı - YENİLƏNİB

8 aprel 2025 , 17:51
Bulvarda dənizdən meyit tapıldı

Bulvarda dənizdən meyit tapıldı

8 aprel 2025 , 16:19