Azərbaycanlı sürücü "parkovşik"i əzib öldürdü:  yerpuluna görə
24 may 2023 13:55 (UTC +04:00)

Azərbaycanlı sürücü "parkovşik"i əzib öldürdü: yerpuluna görə

Azərbaycanlı sürücü parkinq nəzarətçisini öldürüb.

Lent.az xəbər verir ki, hadisə İstanbul şəhərinin Esenyurt məhəlləsində baş verib. Tural M. ilə parkinq nəzarətçisi arasında yerpulu üstündə mübahisə yaranıb. Getdikcə mübahisə daha da şiddətlənib. Nəticədə Tural parklanma nəzarətçisini maşını ilə əzib.

Ətrafda olan insanlar bu hərəkətinə görə Turalı döyüblər. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları çağırılıb. Xəstəxanaya aparılan “parkovşik” orada ölüb.

Tural M. isə saxlanılaraq, istintaqa təhvil verilib.

# 2247
avatar

Mehman Nəbiyev

Oxşar yazılar