Azərbaycanlı müharibə iştirakçısının anasının maşınını qaçırdı
23 iyun 2025 20:41 (UTC +04:00)

Azərbaycanlı müharibə iştirakçısının anasının maşınını qaçırdı

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Ryazan vilayətinin Ryajsk şəhərində Azərbaycan vətəndaşı tərəfindən avtomobil oğurlanması ilə bağlı məlumatın araşdırılmasına göstəriş verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, ilkin məlumatlara görə, azərbaycanlı Ukraynadakı müharibə iştirakçısının anasının avtomobilini qaçırıb. Avtomobili ələ keçirən şəxs yol hərəkəti qaydalarını kobud şəkildə pozub və avtomobilə ziyan vuraraq, qəza törədib.

Aleksandr Bastrıkin Rusiya Federasiyasının Ryazan vilayəti üzrə İstintaq Komitəsinin rəhbəri Oleq Vasilyevə təhqiqat aparmağı və vəziyyətlə bağlı hesabat təqdim etməyi tapşırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 422

Oxşar yazılar