Azərbaycanlı bloqqer  HƏBS   olundu
17 noyabr 2021 17:51 (UTC +04:00)

Azərbaycanlı bloqqer HƏBS olundu

Bu gün Rusiyanın Sankt-Peterburq şəhəri, Primorski rayon məhkəməsi azərbaycanlı bloqqer Emil Paşayev haqqında hökm çıxarıb. 

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki,  Emil Paşayev 6 ay müddətinə açıq tipli cəzaçəkmə müəssisəsinə göndərilib. 

Xatırladaq ki, azərbaycanlı bloqqeri iyul ayının 24-də Rusiyada yol polisi saxlayıb. Bu zaman Paşayev onlar barəsində senzuradan kənar ifadələr səsləndirib. Daha sonra sürücülük vəsiqəsini qoyaraq, qaçan avtoxuliqan bloqqer onu saxlayan polis əməkdaşlarından birinin mobil nömrəsini tapıb, onu və ailə üzvlərini hədələyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4603

Oxşar yazılar