Azərbaycanda yaşayış evi yanır, yaralananlar var -  YENİLƏNİB
10 mart 2021 15:52 (UTC +04:00)

Azərbaycanda yaşayış evi yanır, yaralananlar var - YENİLƏNİB

Şabranda yaşayış evində baş verən yanğın söndürülüb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 78 yaşlı Baləli Hüseynova məxsus ümumi sahəsi 180 kvadratmetr olan evin yanması nəticəsində 56 yaşlı Həsənova Gövhər Mirzə qızı, 25 yaşlı Həsənova Aytac Dilavər qızı və 21 yaşlı Həsənov Elmir Baləli oğlu xəsarət alıb.

***

15:35

Şabran rayonunda yaşayış evində yanğın baş verib. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Şahnəzərli kəndində fərdi yaşayış evində qeydə alınan yanğın hazırda davam edir.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.  Alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğın nəticəsində 56 yaşlı  Gövhər Həsənova 3-cü dərəcəli yanıq xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2217
avatar

Oxşar yazılar