Azərbaycanda  su üstündə   DAVA: Ata və oğlunu döydülər
27 mart 2023 14:11 (UTC +04:00)

Azərbaycanda su üstündə DAVA: Ata və oğlunu döydülər

Biləsuvarda su üstündə dava düşüb.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Çərçili deyilən ərazisində qeydə alınıb.

Biləsuvar rayonun Günəşli kənd sakinləri, 52 yaşlı Fikrət Gözəlovu və oğlu 36 yaşlı Hikmət Gözəlovu tanışları döyüblər. Yaralılar xəstəxanaya çatdırılıblar.

İlkin məlumata görə, hadisə su üstündə yaranan mübahisə zamanı baş verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, Biləsuvar rayonu, Günəşli kənd sakinləri Fikrət Gözəlov və oğlu Hikmət polisə müraciət edərək aralarında yaranmış mübahisə zamanı həmkəndliləri Z. Mirzəyev və V. Mirzəyevin döydüklərini bildiriblər.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib.

 

# 2250
avatar

Oxşar yazılar