Azərbaycanda su sexində  FACİƏ:  ölən var-YENİLƏNİB
24 iyun 2021 14:53 (UTC +04:00)

Azərbaycanda su sexində FACİƏ: ölən var-YENİLƏNİB

Qaxda mineral su sexində partlayış olub, sexin işçisi faciəli şəkildə ölüb.
Lent.az-ın xəbərinə görə, hadisə bu gün günorta saatlarında rayonun Süskənd kənd inzibati ərazisində yerləşən "Qax Mineral Su - İlham” firmasında baş verib.
Mineral su sexlərindən birinin sahəsində yerləşdirilən yüksək təzyiqlə sıxılmış oksigen balonu partlayıb. Balonun partlaması zamanı yaranan zərbənin gücündən firmanın ərazidə olan əməkdaşı, Qax şəhər sakini, 54 yaşlı Aydın Əşrəf oğlu Şabanov ağır xəsarətlər alaraq ölüb.

Hadisə baş verən an ərazidə olan sexin daha bir işçisi 1982-ci il təvəllüdlü Rizugər Mehman qızı Verdiyeva güclü stres keçirib. R. Verdiyeva müayinə üçün Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

 

12:48

 

Qaxda su sexində partlayış olub, bir nəfər ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax rayonu ərazisində yerləşən su sexlərinin birində baş verib.

Partlayış zamanı sexdə nəzarətci işləyən Qax rayon sakini Aydın Şabanov hadisə yerində dünyasını dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3693
avatar

Oxşar yazılar