Azərbaycanda Sosialist Əməyi Qəhrəmanının evində oğru tutuldu
07 aprel 2021 10:42 (UTC +04:00)

Azərbaycanda Sosialist Əməyi Qəhrəmanının evində oğru tutuldu

Sabirabad rayonunun Qaratəpə kəndində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qruundan Lent.az-a verilən məlumata görə, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, pambıqçı Fatma Hüseynovanın yaşadığı mənzilə oğru girib.

Hüquq-mühafizə orqanlarına xəbər verən ev sahibləri oğrunun kameralara düşdüyünü müşahidə ediblər. Polis dərhal hadisə yerinə gəlib. Oğurluq edən kənd sakini, məhbusluq həyatı yaşamış təqsirləndirilən hadisə yerindən qaça bilməyib. Polis onu evin zirzəmisində yaxalayıb. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq aparılır.

Qeyd edək ki, ötən il noyabrın 2-də də Fatma Hüseynovanın evinə basqın olub.

Qaratəpə kənd sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü, Sabirabad rayon Qaratəpə bələdiyyəsinin sədri Fatma Hüseynovanın yaşadığı evə 4 nəfər maskalı şəxs basqın edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2480

Oxşar yazılar

Ata traktorla qızını əzib öldürdü

Ata traktorla qızını əzib öldürdü

21 may 2025 , 18:07
Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Səkkizinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 17:11
İki santimetrə görə  evinə kompensasiya vermədilər

İki santimetrə görə evinə kompensasiya vermədilər

21 may 2025 , 16:57
Azərbaycanda qadınları fotoları ilə  şantaj edən  TUTULDU

Azərbaycanda qadınları fotoları ilə şantaj edən TUTULDU

21 may 2025 , 16:21
DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

DTX-nın tutduğu hərbçiyə HÖKM OXUNDU

21 may 2025 , 15:18
Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

Beşinci mərtəbədən yıxılan uşaq sağ qaldı

21 may 2025 , 12:20
Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

Məhkəmədən Azər Qasımlı ilə bağlı YENİ QƏRAR

21 may 2025 , 12:07
Bakıda toy zamanı  restoran alovlandı - VİDEO

Bakıda toy zamanı restoran alovlandı - VİDEO

21 may 2025 , 11:54