Azərbaycanda şirkətlə bağlı iş prokurorluğa göndərildi -  SƏBƏB
27 may 2021 17:44 (UTC +04:00)

Azərbaycanda şirkətlə bağlı iş prokurorluğa göndərildi - SƏBƏB

Xaçmaz rayonunun Seyidlər kəndində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayəti xidmətin əməkdaşları yerində araşdırıb və fakt təsdiqini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsində “Qərb Ekol” Məhdud Məsuliyyətli Cəmiyyətinin qovaq ağaclarını kəsildiyi və təbiətə 23800 manat  ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub:

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1917
avatar

Oxşar yazılar