Azərbaycanda şirkətin həyətində MEYİT TAPILDI
04 may 2022 14:23 (UTC +04:00)

Azərbaycanda şirkətin həyətində MEYİT TAPILDI

Azərbaycanda şirkətdə meyit tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Kürdəmir rayonunda qeydə alınıb.

Rayon ərazisində fəaliyyət göstərən “Azbiyan” MMC-nin həyətində kişi meyiti aşkar  edilib.

Araşdırma nəticəsində meyiti tapılan şəxsin elə həmin şirkətdə işləyən 50 yaşlı Vidadi Nəsirov olması müəyyən edilib.

Meyitə ilkin baxış keçirilərkən onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Lakin buna baxmayaraq, meyit müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertiza şöbəsinə təhvil verilib.

Onun ölümün dəqiq səbəbləri ekspertizanın rəyindən sonra müəyyən olacaq.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3504
avatar

Mehman Nəbiyev

Oxşar yazılar