Azərbaycanda qeyri-adi HADİSƏ: Sürücünün başına daş vurdu,  maşını aşırıb öldü
13 may 2022 15:03 (UTC +04:00)

Azərbaycanda qeyri-adi HADİSƏ: Sürücünün başına daş vurdu, maşını aşırıb öldü

İsmayıllıda fevralın 28-i baş verən ölümlə nəticələnən yol qəzasının təfərrüatları üzə çıxıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən xəbərə görə, araşdırmalar zamanı müəyyən edilib ki, yol-nəqliyyat hadisəsi baş verməzdən təxminən 3 saat öncə sürücü Elşad Fərzəliyev və Vüsal Salmanov ilə tikintidə birlikdə işləyən rayon sakini Qədir Qədirli arasında mübahisə yaranıb. Nəticədə Qədir hər ikisinin başına daşla vuraraq ağır xəsarətlər yetirib. Daha sonra mübahisəni davam etdirmək üçün onunla təkrar görüşə gedən E.Fərzəliyev və V.Salmanov qəzaya düşüblər.

İstintaq zamanı alınan məhkəmə tibbi-ekspertizanın rəyləri ilə də Q.Qədirlinin mübahisə zəminində digər iki nəfərə ağır bədən xəsarətləri yetirdiyi təsdiq olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma- iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, Q.Qədirli şübhəli şəxs qismində saxlanılıb.

Fevralın 28-də İsmayıllı rayonu, Kürdmaşı kəndi ərazisində hərəkətdə olan “VAZ-2106” markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü Elşad Fərzəliyev və sərnişini Vüsal Salmanov müxtəli dərəcəli bədən xəsarətləri alıblar. Bir neçə gündən sonra E.Fərzəliyev aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qədir Qədirli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3915
avatar

Mehman Nəbiyev

Oxşar yazılar