Azərbaycanda  polisin saxladığı şəxs   öldü
19 yanvar 2023 23:43 (UTC +04:00)

Azərbaycanda polisin saxladığı şəxs öldü

Bu gün Kürdəmir rayonunda dələduzluq əməlində şübhəli bilinən şəxs xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə şübhəli bilinən Oktay Əliyev bu gün barəsində aparılan cinayət işi ilə əlaqədar rayon polis şöbəsinə dəvət edilib.

Prosessual qanunvericiliyə uyğun olaraq vəkilin iştirakı ilə dindirildikdən sonra saat 21 radələrində onun halı qəfil pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb və həkim müşayəti ilə xəstəxanaya yerləşdirilib.

O, bütün tibbi müdaxilələrə baxmayaraq, ürəktutmasından vəfat edib.

Araşdırma aparılır.

# 3687
avatar

Oxşar yazılar