Azərbaycanda kollecdə YANĞIN:  11 tələbə   ZƏHƏRLƏNDİ
16 yanvar 2023 16:28 (UTC +04:00)

Azərbaycanda kollecdə YANĞIN: 11 tələbə ZƏHƏRLƏNDİ

Gəncədə yanğın hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Gəncə Dövlət Regional Kollecində qeydə alınıb. Kollecdə anidən yanğın başlayıb, əraziyə FHN əməkdaşları cəlb olunub.

Yanğın zamanı 11 tələbənin tüstüdən zəhərləndiyi bildirilir. Onlar xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

# 1932
avatar

Oxşar yazılar