Azərbaycanda işçiyə görə RƏİSƏ CİNAYƏT İŞİ AÇILDI
15 noyabr 2021 19:10 (UTC +04:00)

Azərbaycanda işçiyə görə RƏİSƏ CİNAYƏT İŞİ AÇILDI

2021-ci il iyunun 2-də “Sem San” şirkətinin qara metalların əridilməsi sexində qaynaqçı vəzifəsində işləyən Akif Eyvazovun iş zamanı ağır dərəcəli bədən xəsarəti alması faktı ilə bağlı  Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Gəncə şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

İstintaqla müəyyən edilib ki, sözügedən sexin rəisi vəzifəsində işləyən Xaləddin Mehtiyevin texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi öz vəzifəsinin icrasına lazımi diqqət və ehtiyatlılıq göstərməməsi səbəbindən qaynaqçı Akif Eyvazov sexdə metal balonunun partlaması nəticəsində ağır dərəcəli bədən xəsarəti alıb.

Xaləddin Mehtiyev Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3097

Oxşar yazılar

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

Polis idarəsinin binasına görə polkovnikə cinayət işi açıldı

21 may 2025 , 10:42
Bakıda qadını zorla qaçırdılar:  həbs edilən var -VİDEO

Bakıda qadını zorla qaçırdılar: həbs edilən var -VİDEO

21 may 2025 , 10:14
Mingəçevirdə evdən meyit tapıldı

Mingəçevirdə evdən meyit tapıldı

21 may 2025 , 10:14
Kartlardan 7 min manatdan  çox pul oğurlandı

Kartlardan 7 min manatdan çox pul oğurlandı

21 may 2025 , 10:05
Sabirabadda körpə ölü doğuldu

Sabirabadda körpə ölü doğuldu

21 may 2025 , 09:58
Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

Tehranda səfirliyimizə hücum edən EDAM OLUNDU

21 may 2025 , 09:52
Gəncədə avtomobil piyadanı vurub öldürdü

Gəncədə avtomobil piyadanı vurub öldürdü

21 may 2025 , 00:42
Samuxda 37 yaşlı kişini bıçaqladılar

Samuxda 37 yaşlı kişini bıçaqladılar

20 may 2025 , 23:07