Azərbaycanda evlənən kişi  Rusiyada toy etdi:   amma...
25 noyabr 2021 11:09 (UTC +04:00)

Azərbaycanda evlənən kişi Rusiyada toy etdi: amma...

Rusiyanın Saxa respublikasının Labıtnangi rayon prokurorluğu Azərbaycan vətəndaşı haqda cinayət işi qaldırıb.

Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, araşdırma zamanı məlum olub ki, 38 yaşlı Azərbaycan vətəndaşı yerli sakinlə nikah bağlayıb. Toydan sonra nikahın saxta arayışla bağlandığı məlum olub.

Söhbət ondan gedir ki. o, 2013-cü ildə  Azərbaycanda evlənib və həyat yoldaşı burada yaşayır. Amma o, boşanmamış evlənmək üçün saxta sənəd təqdim edib.

Prokurorluq onun haqqında cinayət işi qaldırıb. Yerli qanunvericiliyə görə onu 3 ilədək həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2619
avatar

Mehman Nəbiyev

Oxşar yazılar