Azərbaycanda əsgər özünü güllələdi: Komandan hadisə yerində
08 may 2021 10:48 (UTC +04:00)

Azərbaycanda əsgər özünü güllələdi: Komandan hadisə yerində

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu intihar edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Zaqatala Sərhəd Dəstəsində qeydə alınıb. Orada xidmət edən, 18 yaşlı əsgər Quliyev İbrahim Şamil oğlu ona təhkim olunmuş silahla özünü güllələyib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi Lent.az-a faktı təsdiqləyib.

Bildirilib ki, hadisə ilə əlaqədar DSX rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı olay baş verən hərbi hissəyə ezam olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13011
avatar

Mehman Nəbiyev

Oxşar yazılar