Azərbaycanda bir nəfər özünü qatarın altına atıb öldürdü
23 may 2023 13:13 (UTC +04:00)

Azərbaycanda bir nəfər özünü qatarın altına atıb öldürdü

Mayın 23-də saat 11:50-də “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus qatar Mingəçevir-Goran mənzilinin 311-ci km-də hərəkətdə olan zaman bir nəfər naməlum şəxs dəmir yolu xəttinə yaxınlaşaraq qəfildən özünü relslərin üzərinə atıb.

Lent.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

“Təəssüflə qeyd edirik ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub və şəxsin həyatını xilas etmək mümkün olmayıb”, məlumatda deyilir.

Qeyd olunub ki, hadisə aidiyyəti üzrə araşdırılır.

# 2727
avatar

Oxşar yazılar