Azərbaycanda bir gündə 5 nəfər  İNTİHAR ETDİ
19 may 2022 13:31 (UTC +04:00)

Azərbaycanda bir gündə 5 nəfər İNTİHAR ETDİ

Biri evində, biri qəbiristanlıqda canına qəsd edib.

Lent.az-ın məlumatına görə, mayın 18-də Azərbaycanda 5 nəfər özünü öldürüb.

Sabunçu rayonu, Ramana qəsəbəsində 64 yaşlı Cilovxan Hacı oğlu Quliyev, həmin qəsəbədə 38 yaşlı Əmiraslanova Təranə Şahin qızı, Yasamal rayonunda 49 yaşlı Naib Əlihüseyn oğlu Gülməmmədov, Şirvan şəhərində 17 yaşlı Elvin Azər oğlu Məmmədli, Ağsuda qəbiristanlıqda isə 39 yaşlı Rüfət Qismət oğlu Yusifli özlərini asaraq, həyatların son qoyublar.

Hər bir faktla bağlı yerli prokurorluq orqanlarında araşdırma aparılır.

# 3414
avatar

Mehman Nəbiyev

Oxşar yazılar