Azərbaycanda ana dördüncü dəfə ərə getdi, qızı evdən qaçdı
15 noyabr 2022 13:55 (UTC +04:00)

Azərbaycanda ana dördüncü dəfə ərə getdi, qızı evdən qaçdı

Azərbaycanda 13 yaşlı qız evdən qaçıb.

Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazdə məlumat verib. Onun sözlərinə görə, evdən qaçan 13 yaşlı qız birliyin sığınacağına, reinteqrasiya mərkəzinə yerləşdirilib:

"Qız Mərkəzi Aran rayonlarının birində evdən qaçıb, Bakının Sabunçu rayonu ərazisində aşkarlanıb. İlkin məlumata görə, qızın anası dördüncü dəfə ərə gedib. Qızı da məhz buna görə evdən qaçıb. Uşağın ilkin qiymətləndirilməsində zob xəstəliyindən əziyyət çəkməsini müəyyən etdik. Bir çox hallarda tiroid problemləri əsəb sarsıntıları ilə bağlı olur".

# 2823
avatar

Oxşar yazılar