Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü
15 sentyabr 2021 14:52 (UTC +04:00)

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21099” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Ö.İsmayılov müəyyən edilərək saxlanılıb.

Saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən paytaxt sakini Nuranə Nağıyevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Saat 23 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində ölümlə nəticələnən yol qəzası olub. Şəki rayon sakini R.Şirinov idarə etdiyi “Dacia” markalı avtomobillə yolu keçən qəsəbə sakini Zəka Quliyevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bu gün isə saat 1 radələrində Sumqayıt şəhəri Koroğlu küçəsində şəhər sakini M.Dadaşov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Hər bir fakt üzrə yerli polis idarə və şöbələrində araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2433
avatar

Mehman Nəbiyev

Oxşar yazılar